Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bibisini baltalayaraq öldürməkdə təqsirləndirilən Vüsal Şıxəliyevin məhkəməsi keçirilib.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə baxış iclası baş tutub.
V.Şıxəliyev elan olunan ittiham üzrə özünü təqsirli bildiyini deyib. O, bibisini yatdığı yerdə öldürüb.
V.Şıxəliyev bibisini namus üstündə öldürdüyünü bildirib: "Ailəli idi, uşaqları vardı, amma evdə başqa kişi ilə görüşürdü. Daha artıq nə olmalı idi? Özüm görməmişdim, amma şübhələnmişdim. Biz belə şeyləri qəbul etmirik, amma indi fikirləşirəm ki, səhv etmişəm. Onu xəstə oğlunun yanında öldürmək istəməzdim, elə bildim yanındakı nənəmdir. Oğlunu görsəydim, orada öldürməzdim".
Mərhum Yeganə İmamverdiyevanın əri məhkəmədə ifadə verərək Vüsalın yoldaşı haqda dediklərinin yalan olduğunu bildirib: "Vüsal avaranın biri idi, içirdi, başqa şeylər edirdi. Bir gün əvvəl də yoldaşımı döymüşdü, səhəri gün işə getdiyim üçün səbəbini soruşa bilmədim. Yoldaşım namuslu qadın idi".
Proses aprelin 18-da davam etdiriləcək.
İttihama görə, Abşeron rayonunun Masazır qəsəbəsində yaşayan 1994-cü il təvəllüdlü V.Şıxəliyev qısqanclıq zəminində bibisi, 1975-ci il təvəllüdlü Yeganə Şıxəli qızı İmamverdiyevaya balta ilə xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada ölüb.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub