Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini, 1994-cü il təvəllüdlü Vüsal Şıxəliyevin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
Mynews.az-ın məlumatına görə, ötən il dekabrın 4-də Masazır qəsəbəsində Vüsal Şıxəliyev bibisi, 1975-ci il təvəllüdlü Yeganə İmamverdiyevaya balta ilə çoxsaylı xəsarət yetirib.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, bir gündən sonra keçinib. Şübhəli şəxs Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb, fakt üzrə rayon prokurorluğunda cinayət işi başlanıb. Tutulan Vüsal Şıxəliyev cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.
Məhkəmə prosesində V.Şıxəliyev ittiham üzrə özünü təqsirli hesab edib. O, istintaqa verdiyi ifadəsini təsdiq edib və bir daha cinayəti namus üstündə törətdiyini bildirib. Onun sözlərinə görə, bibisinin evində vaxtaşırı naməlum şəxslər olub, axırıncı dəfə onu tanımadığı kişi ilə görüb:
“Qapını açmaq istədikdə gördüm ki, bağlıdır. Bundan artıq nə olmalı idi ? Biz belə şeyi qəbul edə bilmərik”.
Daha sonra təqsirləndirilən şəxs dövlət ittihamçısının və müdafiəçinin suallarını cavablandırıb.
Proses davam edir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub