Keçmiş arvadının üzünə “kislota” atdıran Tural Hüseynov və icra edən Vüqar Kərimovun məhkəmə prosesi davam edib.
Mynews.az Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə T.Hüseynov bundan öncə verdiyi ifadələrini təkzib edərək bildirib ki, Vüqara borcu olub, ancaq qaytara bilməyib: "Ola bilər, məndən qisas almaq üçün edib".
Vüqar Kərimovun vəkili Elman Babayevdən Nuranə Kərimovun üzünə niyə "kislota" atdığını soruşub.
Təqsirləndirilən şəxs hakimin suallı cavabsız qoyub.
Hakim bildirib ki, əvvəlki proseslərdə Vüqar Kərimov hadisədən utanc duyduğunu və bu barədə danışmaq istəmədiyini deyib.
Hakim təqsirləndirilən şəxsin ifadəsini tez-tez dəyişməsinə etiraz edib: “Hər gün burda başqa-başqa ifadə vermək olmaz. Məhkəmə oyun oyuncaq deyil".
Vüqar Kərimovun vəkili Elman Babayev də digər təqsirləndirilən Tural Hüseynova etiraz edib: "Sən belə deməklə bütün məsuliyyəti onun üzərinə niyə atırsan? O da bir oğuldur, niyə gedib içəridə yatsın".
Tural Hüseynovun vəkili məhkəməyə vəsatət verərək müdafiə etdiyi şəxslə keçmiş həyat yoldaşı, zərərçəkən Nuranə Hüseynovanın arasındakı "Whatsapp" yazışmaları və fotoların cinayət işinin materiallarına əlavə edilməsini istəyib. Vəsətət təmin edilib.
Məhkəmə istintaqı tamamlanıb.
Zərərçəkən Nuranə Hüseynova çıxış edərək bir gözünün tam məhv olduğunu deyib: "Turalı bağışlamıram. Şikayətçiyəm. Vüqar isə gözünü tam müalicə etdirəcəyi təqdirdə güzəşt edəcəm".
Prokuror çıxış üçün vaxt istəyib. Məhkəmə martın 14-də davam edəcək.
Qeyd edək ki, hadisə 2016-cı il mart ayında Pirallahı qəsəbəsində baş verib. 1987-ci il təvəllüdlü T.Hüseynov tanışı, 1981-ci il təvəllüdlü V.Kərimovdan arvadının üzünə “kislota” atmasını istəyib, bunun qarşılığında isə ona 2 dönər və 1 araq almağı söz verib. Onu da qeyd edək ki, T.Hüseynov məhkəmədə hadisə ilə bağlı keçmiş arvadını qısqandığı üçün bu cür əməl törətdiyini deyib: "Mənim deyilsə, heç kimin olmasın deyə belə etdim".
Zərərçəkən Nuranə Kərimovanın 25 yaşı var.