Bakı sakininə bıçaq çəkərək telefonunu almaqda təqsirləndirilən 2000-ci il təvəllüdlü Seymur Osmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror bildirib ki, təqsirləndirilən şəxsin bundan qabaq törətdiyi 3 cinayətinin də ödənilməyib. Dövlət ittihamçısı cəzaların birləşdirilməsi ilə birlikdə S.Osmanovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
S.Osmanov son sözündə əməlindən peşman olduğunu, zərərçəkmişlə barışdığını söyləyib: "Uşaqlıq eləmişən. Peşmanam".
Hakimlər kollegiyasının hökmü ilə S.Osmanov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun daha əvvəlki cinayət əməllərinə görə aldığı cəzalar da toplanaraq üzərinə gəldikdən sonra, qəti olaraq 4 il azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Qeyd edək ki, paytaxt sakini Ülvi Cuvarlı Akademik Həsən Əliyev küçəsi ilə hərəkətdə olan zaman Seymur Osmanov onun qarşısını kəsərək bıçaqla hədələyib və telefonunu əlindən alıb.
Zərərçəkən hadisə barədə yaxınlıqda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşlarına məlumat verib.
Cinayəti törədən əvvəllər də məhkumluq həyatı yaşayan Seymur Osmanov hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılıb və Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsinə təhvil verilib.
Onu da qeyd edək ki, 18 yaşlı S.Osmanov əllərində "faşist döyməsi" var. Həmçinin yaşıdları içində "zek" ləqəbi ilə də tanınırmış.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub