USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Bakıda polis 23 yaşlı qızın həyatını belə xilas etdi FOTO

20:27 12.04.2018
Bakıda polis 23 yaşlı qızın həyatını belə xilas etdi FOTO
20:27 12.04.2018

Bakıda Yol Patrul Xidmətinin (YPX) əməkdaşı 23 yaşlı qızın həyatını xilas edib.

Mynews.az report-a istinadən xəbər verir ki, hadisə Nəriman Nərimanov prospektində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Gunay Ələkbər qızı Muradəliyevanı yol keçmək istəyərkən “Bakubus”a məxsus sərnişin avtobusu vurub.

Hadisə yerində olan Yol Patrul Xidmətinin (YPX) polis serjantı, Zaur Ziyad oğlu Əliyev yaralını dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıb. Xəstəxanadan “Report”a bildirilib ki, yaralını huşsuz və ağır vəziyyətdə YPX əməkdaşı gətirib: “Əgər Gunay Muradəliyeva bir neçə dəqiqə gec çatdırlsaydı həyatını itirə bilərdi”.

G.Məmədovanın atası bildirib ki, YPX-nin əməkdaşı Zaur Əliyevin bu hərəkətini qəhrəmanlıq adlandırıb və ailəsi adından ona təşəkkür edib: “Bu mənim üçün böyük bir işdir. Mənim və ailəmin gözündə Zaur Əliyev qəhrəmandı. O, mənim gözümün ağı-qarası Gunayımı yenidən həyata qaytarıb. Buna görə də mən və ailəmin üzvləri Zaur Əliyevə minnətdarlığımızı bildiririk. Əgər həmin vaxt Zaur gəlib çatmasaydı, qızımı qızım ölə də bilərdi. Çox şükür indi qızımın vəziyyəti yaxşıdı”.

Qəhrəmən YPX serjantı “Report”a bildirib ki, onu gördüyü iş sadəcə vəzifə borcudur: “Mən uzağdan gördüm ki, xanım piyada zolağı ilə hərəkət edir. Bu zaman avtobusun sürücüsünün ani diqqətsizliyi piyadanın vurulması ilə nəticələndi. Mən dərhal yaxınlaşdım hadisə yerinə və gördüm ki, xanım qan içində yerdə uzanıb. Dərhal 102 xidmətinə və Təcili Tibbi Yardım Stansiyasına məlumat verdim. Lakin, sonradan gördüm ki, yaralı çox qan itirir və bu, onun həyatı üçün təhlükəli ola bilər. Buna görə də mən vaxt itirmədən yaralını xidməti avtomobilə qoydum və sayrışan işıqları yandırıb yüksək sürətlə hrəkət edərək onu dərhal xəstəxanaya çatdırdım. Xəstəxanada yarlı müayinə olunduqdan sonra baş həkim dedi ki, vaxtında çatdırmasaydım piyda ölə də bilərmiş. Bir anlıq düşündüm ki, mən kiməsə həyat verdim. Əslində bu bizim vəzifə borcumuzdu. Lakin, mən belə hadisə ilə ilk dəfə rastlaşırdım”.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov “Report”a bildirib ki, YPX əməkdaşları gündəlik vəzifə borclarını yerinə yetirərkən belə hallarla rastlaşırlar: “Yol Patrul Xidmətinin əməkdaşı Zaur Əliyevin nümunəvi hərəkəti rəhbərlik tərəfindən təqdirə layiq hal kimi qiymətləndirilib. Belə halları görənlər bəzən Dövlət Yol Polisini gördüyü işləri heçə endirmək və yol polisinin nüfuzuna xələl gətirmək üçün mobil telefonlar vasitəsi ilə videoqeydiyyata alıb sosial şəbəkələrdə paylaşaraq başqa şəkildə təqdim edirlər”. 

Bakıda polis 23 yaşlı qızın həyatını belə xilas etdi — FOTOLAR
Bakıda polis 23 yaşlı qızın həyatını belə xilas etdi — FOTOLAR

 

Xəbər lenti

300x200r