Bərdədə yanan mikroavtobusun sürücüsü və xəsarət alan fəhlələrin kimliyi məlum olub.
1981-ci il təvəllüdlü Anar Nəbiyevin idarə etdiyi "RAF” markalı 66 BC 806 qeydiyyat nişanlı mikroavtobus yanıb. Hadisə yerinə FHN-in Ağdamyanğınsöndürmə bölməsinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Yanğın zamanı xəsarət alan 58 yaşlı Səfərova Səlbinaz, 58 yaşlı Şərifova Gilə, 48 yaşlı Məmmədova Həlimə, 41 yaşlı Məmmədova Rəna, 40 yaşlı Hacıyeva Şəkurə, 27 yaşlı Rəhimov Elmir, 26 yaşlı Məmmədova Elnar, 16 yaşlı Məmmədova Aişə və Elnur Məmmədov Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Elnur Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
///Apa.az




1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub