Şamaxı rayonunda daha bir kənddə sürüşmə hadisəsi baş verib.
Bu barədə Şamaxı Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilir ki, hadisə rayonun Adnalı kəndində qeydə alınıb: "Sürüşmə nəticəsində kənddə 2 evdə çatlar əmələ gəlib. Bu kənddə əvvəllər də sürüşmə olmuşdu, 8 evdə çatlar əmələ gəlmişdi. Aprelin 12-də daha iki evdə çat yaranıb".
Qeyd edək ki, Şamaxıda torpaq sürüşməsi nəticəsində indiyədək rayonun 7 kəndində - Çabanı, Mədrəsə, Meysəri, Birinci Çaylı, Muğanlı, Acıdərə və Qaleybuğurd yaşayış məntəqəsində 404 ev qəzalı vəziyyətə düşüb. Bu evlərdən 84-ü 2016-cı ildə baş verən torpaq sürüşməsi zamanı ziyan çəkib, divarlarda çatlar yaranıb, həyətlərdə torpaq sürüşməsi və çökmə baş verib, yarğanlar əmələ gəlib, 19 qəzalı evdə yaşayan ailə təhlükəsiz əraziyə köçürülüb. Təkcə Mədrəsə qəsəbəsində qəzalı evlərin sayı 20-dən çoxdur. Bu qəsəbədə sürüşmə ərazisi son iki ayda 2 dəfə genişlənərək 40 hektara çatıb. Ümumilikdə qəsəbədə 100-dən dən çox evdə çatlar əmələ gəlib. Üç ev yararsız hala düşdüyündən, sakinlər kompensasiya alaraq evlərini tərk ediblər.
Ötən həftə isə şəhərin 48a məhəlləsində 7 ev qəzalı vəziyyətə düşüb, həmin evlərdəki ailələr təhlükəsiz əraziyə köçüb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub