Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Feto"çu olmaqda ittiham edilərək Türkiyədə axtarışa verilən Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə iclası başlayıb.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Samir Əliyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
O ifadəsində bildirib ki, Azərbaycana qanuni yolla keçib: "Mənim Gürcüstanda oturum haqda icazə sənədim var. Oradan Azərbaycana sığınacaq üçün gələndə Qazaxda qanunsuz həbs edilmişəm. Heç bir terror təşkilatının üzvü deyil. Mən BMT-dən də sığınacaq almışam".
Hakim bildirib ki, bununla bağlı BMT-yə sorğu göndəriləcək. Proses aprelin 19-da davam etdiriləcək.
Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Ceyhan ölkəsinin məhkəmə orqanları tərəfindən Fətullahçı Terror Təşkilatını (FETÖ) üzvü olmaqda ittiham edilərək axtarış elan olunub. O, ötən ilin aprel ayında Gürcüstan Respublikasından Azərbaycana qanunsuz yolla keçmək istəyən zaman həbs edilib.
Qazax Rayon Məhkəməsinin hökmü ilə o, Azərbaycan Respublikasının sərhədlərini qanunsuz yolla keçməyə cəhd etməkdə ittiham olunaraq 1 il müddətinə azadlıqdan məhrum edilib.
1
Təmsilçimiz 28 min iştirakçı arasında 56-cı olub: "Dubay Marafonu" - FOTO
1015 dəfə oxunub
2
Hakimin ölümünə səbəb olan sürücü həbs edilmədi
1006 dəfə oxunub
3
David Manukyan ömürlük həbs edildi
1005 dəfə oxunub
4
Bakıda tanınmış həkim vəfat etdi
1001 dəfə oxunub
5
Ərinin videosuna görə işdən çıxarılan Gülbahar Eyvazovanın qızı da işdən çıxarıldı
997 dəfə oxunub