Bu gün günorta saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, hadisə Qaradağ postunda baş verib. Belə ki, "Mercedes" markalı yük avtomobili ilə "Vaz 2107" markalı avtomobil toqquşub. Qəza nəticəsində "Vaz 2107" markalı avtomobilin sürücüsü 1984-ci il təvəllüdlü Mənsur Aydın oğlu Qasımov dünyasını dəyişib.
Hadisə yerinə dərhal YPX və FHN əməkdaşları cəlb olunub. Ölən şəxsin meyiti Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub