Bakıda jurnalist Nigar Həsənlinin aldığı çörəyin içərisindən bolt çıxıb.
BiG.AZ xəbər verir ki, xanım jurnalist bu barədə məlumatı öz facebook hesabında paylaşıb.
Görüntülərdə çörəyin "Xırman” çörək zavodunda bişirildiyi məlum olub. Nigar Həsənlinin verdiyi məlumata görə çörəyi anası paytaxtda yerləşən mağazalardan birindən alıb. Evdə üzərindəki paketi açarkən pəhriz çörəyinin içərisində bolt olduqlarını görüblər.

Məsələ ilə bağlı "Xırman” çörək zavodundan münasibət bildirilib. Bu barədə BiG.Az-a zavodun rəsmisi açıqlama verərək yayılan məlumatın həqiqətə uyğun olmadığını bildirib:
"Biz Nigar xanımın qardaşı və ailəsi ilə də danışdıq. Aydınlaşdı ki, həqiqətən də bu zavodda istehsal zamanı baş verməyib. Fotoşəkildən də göründüyü kimi çörəyin qabı deşilərək sonradan onun içinə yerləşdirilib. Xahiş edirəm bizim mövqeyimizi də əlavə edəsiniz".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub