Bakı Ağır Cinayətlər Məhkəməsində 1968-ci il təvəllüdlü Fərhad Şaqalıyevin Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Mynews.az-ın məlumatına görə, ötən il oktyabrın 24-də Bakıxanov qəsəbəsi, Adil Əlibabayev küçəsi 4, mənzil 3-də sərxoş vəziyyətdə olan Fərhad Şaqaliyev qeyri-rəsmi yaşadığı 1982-ci il təvəllüdlü Gülnarə Sadıqovanı boğaraq, öldürüb.
Hadisə qadının azyaşlı oğlunun gözü qarşısında baş verib.
Qətldən sonra Şaqalıyev Sabunçu RPİ 13-cü polis bölməsinə təslim olaraq, hadisə barədə məlumat verib.
İstintaqın gedişatında məlum olub ki, Fərhad Şaqaliyev bir müddət əvvəl tanış olduğu Şamaxı sakini Gülnarə Sadıqova üçün Bakıxanov qəsəbəsində ev kirayələyib. Ailəli, iki uşaq atası olan Fərhad tez-tez həmin mənzildə sevgilisi ilə görüşüb. Lakin qadın sevgilisinin onunla daha çox vaxt keçirməyini, ona daha çox diqqət ayırmasını tələb edib.
Bu səbəbdən də aralarında tez-tez mübahisələr baş verib. Ayın 24-də növbəti münaqişə zamanı Şaqaliyev Sadıqovanı döyüb. Yerə yıxılan qadın onu söydüyü üçün Fərhad ayağını onun boğazına dirəyərək boğub.
Məlum olub ki, mərhum əvvəllər ailəli olub, cinayəti törədən F.Şaqaliyev sahibkarlıqla məşğul olub.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış ayın 25-nə təyin edilib.
1
Təmsilçimiz 28 min iştirakçı arasında 56-cı olub: "Dubay Marafonu" - FOTO
1015 dəfə oxunub
2
Hakimin ölümünə səbəb olan sürücü həbs edilmədi
1006 dəfə oxunub
3
David Manukyan ömürlük həbs edildi
1005 dəfə oxunub
4
Bakıda tanınmış həkim vəfat etdi
1001 dəfə oxunub
5
Ərinin videosuna görə işdən çıxarılan Gülbahar Eyvazovanın qızı da işdən çıxarıldı
997 dəfə oxunub