2017-ci ildə ana ölümlərinin sayı azalıb. Əgər 2016-cı ildə 21 ana ölümü qeydə alınmışdısa, 2017-ci ildə bu rəqəm 20 təşkil edib.
Mynews.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Respublika Perinatal Mərkəzin baş həkimi, baş mama-ginekoloq Sevinc Məmmədova respublika ərazisində ana ölümlərinin statistikası haqqında danışarkən deyib.
O bildirib ki, bu il ərzində doğuş zamanı yeddi ana ölümü baş verib:
“Bu ölüm halları ümumi respublika ərazisində qeydə alınıb. Onlardan üçü Bakıda, dördü isə regionlarda baş verib. Bununla bağlı olaraq bəzi həkimlərə qarşı müəyyən inzibati tədbirlər görülərək bəzilərinə ya töhmət verilib, ya da işdən kənarlaşdırılıb”.
Mama-ginekoloq qeyd edib ki, ötən il 50-dən artıq tibb işçisinə qarşı inzibati tənbeh tədbirləri görülüb:
“Bura mama-ginekoloqlar, anestezioloqlar kimi tibb işçiləri daxildir ki, buna da həm özəl, həm də dövlət müəssisələrinin işçiləri aiddir”.
Sevinc Məmmədova əlavə edib ki, doğuş zamanı ana ölümləri əsasən beyində anevrizmanın cırılması, böyrək, ürək çatışmazlıqları səbəbindən baş verir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub