Binə qəsəbəsi Əli İsazadə küçəsində yerləşən "Karvan" marketin qarşısı əks istiqamətdə hərəkət edən sürücülərin məkanına çevrilib. Belə ki, qəsəbə mərkəzindən gələn avtomobillər kəndin “aptek yolu” kimi tanınan küçəsinə dönmək üçün qəsəbənin girişindən geri dönmək əvəzinə yolun hərəkət hissəsinin kəsişməsindən keçərək axınının əksinə qarşı hərəkət edirlər. Bu da öz yolu ilə qəsəbə mərkəzinə doğru hərəkət edən sürücülərə mane olur, onların həyatlarını təhlükəyə atmış olur. Qeyd etdiyimiz sürücülərdən bir neçəsinin videosunu sizə təqdim edirik.
Mynews.az avtosfer.az-a istinadən xəbər verir ki, Binə qəsəbəsi sakinləri həmin vəziyyətdən narazıdırlar. Onlar qeyd edir ki, Xəzər rayon DYP Şöbəsinin əməkdaşları həmin ərazidə xidmət etmirlər. Elə ona görə də sürücülər özbaşnalıq etməklə məşğuldurlar.
Bu barədə Xəzər rayon DYPŞ-yə şifahi məlumat verməyimizə baxmayaraq, onlar buna əhəmiyyət vermir.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub