Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə ittiham olunan 23 yaşlı Amal Zülfüqarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mynews.az virtualaz.org-a istinadən xəbər verir ki, A.Zülfüqarov dostu Qismət Məmmədlinin onun xaricdə yaşayan bacısı ilə danışmasından şübhələndiyinə görə onu öldürmək qərarına gəlib. Ötən ilin avqust ayında Qobustanda kafedə domino oynayarkən arxadan Qismətə yaxınlaşaraq ona bıçaq zərbələri endirib. Kafedə olan Tələt Hüseynov və Haldun Nəbizadə ona mane olmağa çalışdıqda A.Zülfüqarov onları da bıçaqla vurub. Sonra isə Q.Məmmədlini boğaraq öldürüb.

A.Zülfüqarov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. İfadəsində Qismətlə yaxın dost olduqlarını, son vaxtlar dostunun ona qarşı münasibətlərində müəyyən dəyişikliklər yarandığını göstərib: “Birlikdə “Atlant” istirahət mərkəzinə getmişdik. Mənə qarşı fərqli davranırdı, tərs-tərs baxırdı. Səbəbini soruşanda söyürdü. Uşaqlardan səbəbini soruşdum, demədilər".
Dostunun səhvini bağışlaya bilmədiyini deyən A.Zülfüqarov çıxış yolunu onu öldürməkdə görüb: “Növbəti dəfə “Qobustan” kafesində görüşdük. Arxadan ona yaxınlaşdım. Qalxmaq istəyəndə çiynindən tutdum, bıçaqla sinəsindən vurdum. Mən Haldunla, Tələtlə dost olmuşam, çörək kəsmişəm, onları vurmamışam. Ola bilər ki, məni aralayanda bıçaq onlara dəyib. Qismətlə çox yaxın dost olmuşuq. Amma bu səhvi bağışlaya bilmirdim. Bıçağı vuranda gördüm ki, xırıldayır. Dedim ki, ölürsən, kəlimeyi-şəhadətini de. Gördüm ki, “Allah-Allah” deyir, əzab çəkməsin deyə boğub öldürdüm. Çünki o, əzab çəkdikcə, mən də əzab çəkirdim".
1
Şirvanda hamamda yıxılan şəxs xəstəxanada ölüb
428 dəfə oxunub
2
Şirvanda hamamda yıxılan şəxs xəstəxanada ölüb
423 dəfə oxunub
3
İlham Əliyev fərman imzaladı
414 dəfə oxunub
4
Gəncədə yük avtomobili yaşlı qadını vuraraq öldürüb
409 dəfə oxunub
5
Yük avtomobili qadını vurub öldürdü
374 dəfə oxunub