Falçılıqla məşğul olduğu və 50-yə yaxın qızı zorladığı iddia olunan Ramil Talıbov ATV-də yayımlanan “Bizimləsən” proqramının qonağı olub.
Mynews.az-ın məlumatına görə, verilişə eyni zamanda şikayət edən qızlar da gətirilib.
Ramil qızların şikayətinin yalan olduğunu deyib. O bildirib ki, qızlar ona şər atır:
“40 yaşım var, ailəli olmuşam. Şikayətçilər rəfiqədirlər. Onlardan biri ilə, şəkillər çəkdirdiyim xanımla sevgili olmuşam, yaşamışıq. Bir restoranlara getmişik, oranın kameralarında da əks olunub. O şəkilləri mən yox, özü çəkib. Valideynləri bilmirdi münasibətimizi. Mənim üstümə kimləri gətirib, özü yaxşı bilir. Burada ağızlarına gələni danışırlar.
Bundan başqa, görüşdüyümüz vaxt gündə bir oğlan zəng edirdi ki, onun borcunu qaytar. Niyə mən verməliyəm? Özü bilir ki, hansı “vor”lardır. Bölmədə izahat da yazmışam. Qanun-qayda var. Günahım olsa, cəzamı çəkəcəm. Məni hədələyirlər, amma mən şikayətçi olmadım. İş araşdırılır.
Birlikdə çəkdirdiyimiz fotoları da sosial şəbəkədə mən yerləşdirdim. Niyə onların üzləri bağlıdır, mənimki açık? Bütün videoları yayacam. Yaşadığım mənzildə kameralar var, evimə necə gəlib var. Qızın adı Arzudur, adını başqa deyir”.
1
Təmsilçimiz 28 min iştirakçı arasında 56-cı olub: "Dubay Marafonu" - FOTO
1015 dəfə oxunub
2
Hakimin ölümünə səbəb olan sürücü həbs edilmədi
1006 dəfə oxunub
3
David Manukyan ömürlük həbs edildi
1005 dəfə oxunub
4
Bakıda tanınmış həkim vəfat etdi
1001 dəfə oxunub
5
Ərinin videosuna görə işdən çıxarılan Gülbahar Eyvazovanın qızı da işdən çıxarıldı
997 dəfə oxunub