Amerikalı alimlər təcrübə siçanlarına insan beyninin hüceyrələrini köçürüb. Onlar bu implantasiyanın gəmiricilərin davranışlarına hansı şəkildə təsir göstərdiyini araşdırıb.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, tədqiqat haqqında məqalə “Nature Biotechnology” jurnalında dərc olunub.
Bioloqlar sınaq şüşəsində yetişdirilmiş mərcimək dənəsi ölçüsündə olan insan beyni orqanoidlərini siçanın kəllə beyninə köçürüb.
“Mini-beyin” gəmiricilərin beyninin bir hissəsini qismən əvəz edib. Nəticədə sinir hüceyrələri nəinki sağ qalıb, hətta inkişaf etməyə başlayıb.
233 gündən sonra onların beyin strukturu və yetkinliyi yenidoğulmuş körpənin beyni ilə demək olar ki, eyni səviyyəyə çatıb.
Alimlər hesab edir ki, tədqiqatın nəticələri regenerativ tibb sahəsində bir inqilaba yol aça bilər: yetişdirilmiş hüceyrələr gələcəkdə insanlara köçürülə bilər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub