Ötən gün polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.
DİN-dən Mynews.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki "SOS" uşaq evindən 3 ədəd noutbuk, 2 ədəd monitor və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə şəhər ərazisindəki kompüter oyunları salonlarından birindən 4 ədəd oyun aparatı, 12 ədəd pult və 1 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən şəhər sakinləri İbrahim Xanverdiyev və yeniyetmə qardaşı saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub