Salyan rayonunda atası ilə mübahisə edən gənc özünü bıçaqlayaraq öldürüb.
Mynews.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Seydan kəndində baş verib.
Belə ki, kənd sakini, 25 yaşlı Seyidəli Mirvahid oğlu Miriyev bıçaq zərbələri aldığından Salyan Mərkəzi Xəstəxanasına gətirilərkən yolda ölüb.
Məlumata görə, S.Miriyev atasına bir neçə dəfə Bakıya işləməyə getmək istədiyini bildirib. Buna razı olmayan atası təsərrüfatla məşğul olmağı ona məsləhət görüb və aralarında mübahisə yaranıb. Bundan sonra S.Miriyev özünə bir neçə bıçaq zərbəsi vurub və xəstəxanaya aparılarkən yolda keçinib.
Qeyd edək ki, S.Miriyev ailəli olub, bir azyaşlı övladı var.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub