Bakıda avtomobil qaçıran şəxslər tutulublar.
DİN-dən Mynews.az-a verilən məlumata görə, aprelin 11-nə keçən gecə DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə Nəsimi rayonunun M.Cəlal küçəsindən Bakı şəhər sakini Mirməhəmməd Bəhramzadəyə məxsus "VAZ-2106" markalı avtomobilin qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Avtomobil həmin gün Goranboy rayonunun Əhmədabad kəndində Baş Dövlət Yol Polisi İdarəsi və Goranboy RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, onu qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Nəcəfov polis əməkdaşlarına təhvil verilib.
19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən qrupun digər üzvü - Məhəmməd Miriyev də saxlanılıb.
Araşdırmalarla onun Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə axtarışda olduğu, həmçinin aprelin 11-də Bakı şəhər sakini Rövşən Hüseynova məxsus "VAZ-2106" markalı avtomobili qaçırması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub