Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən üç xarici vətəndaşın saxta sənədlərlə Avropa ölkələrinə qanunsuz səfər etmək məqsədilə Azərbaycan Respublikası ərazisindən tranzit istifadə etmək cəhdinin qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən Mynews.az-a bildirilib ki, “ŞarjaBakı” reysinin rəsmiləşdirilməsi zamanı özlərini Böyük Britaniya vətəndaşları kimi təqdim edən 1958-ci il təvəllüdlü Siddiqi Salma və 1987-ci il təvəllüdlü Siddiqi Mujeeb Ur Rehman tərəfindən sərhəd nəzarətinə təqdim olunmuş pasportların həqiqiliyi şübhə doğurub.
“Bakı-Frankfurt” reysinin rəsmiləşdirilməsi zamanı isə özünü Almaniya vətəndaşı kimi təqdim edən 1995-ci il təvəllüdlü Muhammed Luqman Muhammed Amenin pasportunun saxta olmasına şübhələr yaranıb.
Hər iki halda sərhəd keçmə sənədləri xüsusi laboratoriya şəraitində dərinləşdirilmiş yoxlamadan keçirilib, pasportların məlumat səhifəsinin dəyişdirilərək saxtalaşdırılması müəyyənləşib. Həmin şəxslərin üzərinə baxış keçirilərkən onlara məxsus birinci halda Pakistan vətəndaşlarının, ikinci halda isə İraq vətəndaşının pasportları aşkarlanıb, məqsədlərinin Azərbaycan Respublikasının ərazisindən tranzit istifadə etməklə Avropa ölkələrinə mühacirət etmək olması müəyyənləşdirilib.
Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
1
Təmsilçimiz 28 min iştirakçı arasında 56-cı olub: "Dubay Marafonu" - FOTO
1015 dəfə oxunub
2
Hakimin ölümünə səbəb olan sürücü həbs edilmədi
1006 dəfə oxunub
3
David Manukyan ömürlük həbs edildi
1005 dəfə oxunub
4
Bakıda tanınmış həkim vəfat etdi
1001 dəfə oxunub
5
Ərinin videosuna görə işdən çıxarılan Gülbahar Eyvazovanın qızı da işdən çıxarıldı
997 dəfə oxunub