Tanınmış vəkil Əfsər Talıbovun qızı Cəlalə Talıbovanın dələduzluq maddəsi ilə başlanan cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Aprel ayının 30-da hakim Elman İsayevin sədrliyi ilə hazırlıq iclası keçiriləcək.
Qeyd edək ki, cinayət işində 8 nəfər şəxs zərərçəkən qismində tanınıb.
İstintaq materiallarından məlum olur ki, 2014-cü ildə Çin vətəndaşı olan şəxslər tərəfindən Bakıda yaradılan «Tieus” MMC (indiki adı «Qren Lait») şirkəti işə qəbul barədə elan verib. Ofisidə Rəşid Behbudov küçəsi-53-də yerləşib. Müraciət edən vətəndaşlara özlərini ofisin rəhbəri kimi təqdim edən Əkbər Həşimov və menecer Cəlalə Əfsər qızı Talıbova qəbul edib, təklif edilən iş barədə ətraflı məlumat veriblər, hərtərəfli inandırıblar. Sonra da müqavilə bağlayıblar.
Həmçinin bildiriblər ki, əgər şirkətdə açılmış şəxsi hesabınıza öz vəsaitinizi yatırsanız, daha çox divident alacaqsınız. Həmçinin bunun müqabilində də yüksək məvacib alacaqsız.
Beləliklə zərərçəkənlər Cəlalə Talıbovaya hissə-hissə pul ödəyiblər. Lakin vəd olunan müddətdə maaş yazmayıblar. Aldanan şəxslər onlardan verdikləri pulları geri tələb etdikdə isə C.Talıbaova müxtəlif bəhanələrlə imtina edib.
Cəlaləyə bu dələduzluğu həyata keçirməsində onun 3 saylı Hüquq Məsləhətxanasında vəkil işləyən bacısı Talıbova Könül, yuxarıda adı çəkilən MMC-də çalışan Leyla adlı xanım, Ruslan və ya Rüstəm adlı sürücü köməklik göstərib. Hətta Cəlalənin anası Mərziyyə və xalası Esmira da Cəlalənin borclu olduğu pulların qaytarılmasına söz veriblər.
Belə olan vəziyyətdə zərərçəkənlər Cəlalə Talıbovanın dələduzluq cinayətinə görə Polis İdarəsinə ərizə ilə müraciət ediblər. RPİ-də Cəlalə Talıbova haqqında cinayət işi qaldırılıb. Bu zaman vəkil işləyən atası Əfsər Talıbov Cəlalənin dələduzluq əməlinin mülki iş kimi (borc) sənədləşdirilməsi üçün pulun tezliklə ödəniləcəyi vədi ilə danışığa gəlib. O, həmçinin xahiş edib ki, bu məsələdə onun vəkil işləyən digər qızı Könül Talıbovanın adını hallanmasın. Sonradan məlum oldu ki, Əfsər Talıbov da vaxtı ilə dələduzluq üstündə 4 il azadlıqdan məhrum olunub və bu yaxınlarda da dələduzluq əməllərinə görə vəkillik mandatından məhrum edilib.
C.Talıbovaya işin idarə olunmasında həm də çinli şərikləri Emisiya, Format, Nadya, Barbaros adlı xanımlar köməklik göstərib.
mənbə: olke.az
1
Təmsilçimiz 28 min iştirakçı arasında 56-cı olub: "Dubay Marafonu" - FOTO
1015 dəfə oxunub
2
Hakimin ölümünə səbəb olan sürücü həbs edilmədi
1006 dəfə oxunub
3
David Manukyan ömürlük həbs edildi
1005 dəfə oxunub
4
Bakıda tanınmış həkim vəfat etdi
1001 dəfə oxunub
5
Ərinin videosuna görə işdən çıxarılan Gülbahar Eyvazovanın qızı da işdən çıxarıldı
997 dəfə oxunub