Hər gün ölkəmizə dünyanın müxtəlif yerlərindən çoxlu sayda turistlər gəlir və onların təhlükəsizliyi hüquq-mühafizə orqanları, eləcə də polislər tərəfindən etibarlı şəkildə təmin olunur.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sonxeber.az-a daxil olan məlumata görə, polis-vətəndaş münasibətlərinin yüksək səviyyədə qurulması və qarşılıqlı etimad bu günlərdə ölkəmizdə qonaq olan polşalı turistlərdən birinin qarşılaşdığı problemin də qısa zamanda həllinə öz töhvəsini verib. Belə ki, Formula 1 Azərbaycan Qran Prisini izləmək üçün ölkəmizə turist kimi gələn Polşa vətəndaşı Koçot Morius polisə müraciət edərək içərisində ona məxsus pul kisəsini və sənədləri itirdiyini bildirib. Qısa zaman kəsiyində Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib ki, turist pul kisəsini tanışları ilə birgə qaldığı otelə gedən zaman taksidə unudub.
Həmin taksi sürücüsünün şəxsiyyəti tez bir zamanda müəyyənləşdirilib. Sürücü ilə əlaqə yaradılıb və o, turistin pul kisəsini könüllü şəkildə Polis Şöbəsinə gətirərək təhvil verib. Pul kisəsini itirən turist K.Moriusin problemin qısa zamanda həllini tapmasında göstərdikləri köməkliyə görə polislərə təşəkkürünü bildirib.
Polşalı turist bildirib ki, 10 ilə yaxındır Formula 1 yarışlarını izləmək üçün dünyanın bir çox ölkəsində olub. Amma indiyə qədər heç bir ölkədə bu qədər qonaqpərvərliyin və polisin belə operativliyinin şahidi olmayıb.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub