Bakıda gənc oğlan intihar etmək istəyir.
Mynews.az ölkə.az-a istinadən xəbər verir ki, hadisə bu dəqiqələrdə Bakının Nizami rayonu, Qara Qarayev prospektində yaşanır. Belə ki, gənc oğlan “Diglas” ticarət mərkəzinin damına çıxaraq özünü atmaq istəyir. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Onun hansı səbəbdən özünü öldürmək istəməsi hələ ki məlum deyil.