Aprelin 29-da Bakı-Sumqayıt yolunda (Beynəlxalq Avtovağzalın qarşısında) kameraya dava görüntüləri düşüb.
Mynews.az Avtosfer.az-a istinadən xəbər verir ki, 99-KH-411 dövlət nömrə nişanlı taksidən enən sərnişinlər gənc oğlanı yerə yıxaraq döyüblər.
Görüntülərdən məlum olur ki, döyülən şəxs təkdir. Üç nəfər bir gənci yerə yıxaraq bədəninin müxtəlif nahiyələrində, başına və ağzına təpiklə, yumruqla zərbələr endiriblər.
Gənci döydükdən sonra onlar gəldikləri taksiyə əyləşərək hadisə yerini tərk ediblər. Döyülən şəxs isə 99-EL-215 qeydiyyat nişanlı taksiyə oturaraq ərazidən uzaqlaşıb.
Hələlik hadisənin səbəbi bilinmir.
DİN-in 102 zəng mərkəzinə məlumat verilib.
Faktla bağlı Binəqədi rayon 40-cı polis bölməsində araşdırma aparılır.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub