Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu bacısı ilə danışdığından şübhələnərək amansızlıqla öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Amal Zülfüqarovun məhkəməsi keçirilib.
Mynews.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə mərhum Qismət Məmmədlinin anası ifadə verərək deyib ki, həqiqətən, oğlu namus üstündə öldürülübsə, bu məsələ tam araşdırılmasını istəyir: "Qismətin Amalın bacısı, yaxını ilə yazışması varsa, onu bağışlayaram. Amma oğlum günahsız yerə öldürülübsə, 9 il də gözləyərəm ki, iş araşdırılsın".
A.Zülfüqarovun atası Mahir Zülfüqarov ifadəsində deyib ki, Amal Nabrandan gələndən sonra dəyişilib: "Daim gərgin və fikirli olurdu, danışmırdı, yemək də yemirdi. Hadisədən sonra eşitdim ki, Nabrana gedəndə Qismət yolda müasir geyimli xanım haqqında xoşagəlməz ifadə işlədib. Oğlum da ona iradını bildirib. Bundan sonra oğlum Almaniyada olan bacısının hicaba keçməsini istəyirdi".
A.Zülfüqarov da belə bir hadisənin olduğunu təsdiqləyib: "Qismət başqa qızlar haqda doğru olmayan sözlər danışırdı. Camaatın anası, bacısı haqda sözlər deyirdi. Buna görə dəfələrlə xəbərdarlıq etmişəm ki, bir gün səni kimsə vuracaq, biz də sənin güdazına gedəcəyik".
İttihama görə, A.Zülfüqarov dostu Qismət Məmmədlinin onun xaricdə yaşayan bacısı ilə münasibət qurmasından şübhələnib və onu öldürmək qərarına gəlib. Qaradağ rayonu Qobustan qəsəbəsində domino oynayarkən Qismətə arxadan yaxınlaşaraq onun boyun və sinəsinə bir neçə zərbə endirib. Kafedə olan Tələt HÜseynov və Haldun Nəbizadə onu sakitləşdirmək istəyərkən Amal onları da bıçaqlayıb. Daha sonra yerə yıxılan Qismətin üstündə oturaraq onu boğub. Ardınca da bıçaqla onun boğazına, qarnına və ürəyinə dəfələrlə zərbə vurub.
1
Təmsilçimiz 28 min iştirakçı arasında 56-cı olub: "Dubay Marafonu" - FOTO
1015 dəfə oxunub
2
Hakimin ölümünə səbəb olan sürücü həbs edilmədi
1006 dəfə oxunub
3
David Manukyan ömürlük həbs edildi
1005 dəfə oxunub
4
Bakıda tanınmış həkim vəfat etdi
1001 dəfə oxunub
5
Ərinin videosuna görə işdən çıxarılan Gülbahar Eyvazovanın qızı da işdən çıxarıldı
997 dəfə oxunub