Bu gün metronun “Gənclik” stansiyasında baş verən hadisənin intihar olmadığı məlum olub.
AzNews.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat yayıb.
N. Paşayev bildirib ki, xəbərdə adı çəkilən Elvin Zülfüqarov əslində özünü relslərin üstünə atmayıb, xəstəlik səbəbindən başı fırlanıb və yıxılıb. “Polisə izahatında da eyni ifadələrə yer verib. Adı çəkilən şəxs müraciət edərək xəbərin yanlış olduğunu və ailəsində, tanışlarında narahatlıq yaratdığını bildirib,” – deyə məlumatda qeyd olunub.
***
14:40
Bakı sakini özünü qatar relslərinin üstünə atıb.
AzNews.az-ın verdiyi xəbərə görə, hadisə bu gün saat 13:45 radələrində metronun “Gənclik” stansiyasında baş verib.
“Bakı Metropoliteni”nin mətbuat katibi Nəsimi Paşayev bildirib ki, paytaxt sakini Zülfüqarov Elvin Əli oğlu yanındakı dostu ilə mübahisə edib və özünü relslərin üstünə atıb:
“Həmin zaman stansiyada qatar olmayıb. Stansiya və polis əməkdaşları onu təcili oradan çıxardıblar”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub