Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində beş nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən Mynews.az-a bildirilib ki, Dövlət Sərhəd Xidmətinin “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının ximəti sahəsində “Pusqu” sərhəd naryadında olan sərhədçilər tərəfindən arxa istiqamətdən mühəndis çəpərinə yaxınlaşan beş nəfər naməlum şəxs müşahidə olunub və hərəkətləri nəzarətə götürülüb.
Həmin şəxslər sərhəd zastavasının mühəndis çəpərindən keçməyə cəhd edərkən sərhəd naryadı tərəfindən sərhəd pozucusu qismində saxlanılıblar.
Araşdırma zamanı Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin Şri-Lanka vətəndaşları - 1987-ci il təvəllüdlü Kunarathinam Thuvisan, 1977-ci il təvəllüdlü Sellakılı Santhırakumar, 1983-cü il təvəllüdlü Ratnasingam Satheeskumar, 1994-cü il təvəllüdlü Gunaslgar Kamstan və 1978-ci il təvəllüdlü Anthony Cross Anthony Belder olmaları müəyyənləşib.
Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub