Bakıda törədilən qətlin təfərrüatı məlum olub.
Mynews.az APA-ya istinadən xəbər verir ki, qətlə yetirilən qadının Zəhra İbrahimova olduğu açıqlanıb.
Hadisəni Z.İbrahimovanın keçmiş həyat yoldaşı Rəşad İbrahimov törədib.
Belə ki, keçmiş həyat yoldaşını oğlanla görən R.İbrahimov onların hər ikisini bıçaqlayıb.
Nəticədə Z.İbrahimova ölüb, onun yanında olan Emin Əliyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
11:37
Paytaxtın Nərimanov rayonunda qətl hadisəsi qeydə alınıb.
Mynews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 10:00 radələrində “Şərq” bazarı yaxınlığında baş verib.
Şəxsiyyəti hələ istintaqa məlum olmayan gənc qız bıçaqlanaraq öldürülüb, onun yanındakı oğlana isə ağır xəsarət yetirilib.
Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparır.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub