Samux rayonunda arvadını döyərək öldürən kişi tutulub.
DİN-dən Mynews.az-a verilən məlumata görə, aprelin 30-da Samux Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Kolayır kənd sakini Azadil Qəhrəmanova bir gün əvvəl axşam saatlarında qonşuluqda yaşayan bacısı Ləmanla əri, əvvəllər məhkum olunmuş Ağamir Səmədov arasında münaqişə olduğunu və bu səbəbdən bacısının evdən çıxıb getdiyini bildirib.
Həmin gün A.Səmədovun yaşadığı evdə münaqişə zəminində arvadı Ləmanı döyərək qətlə yetirməsi, meyitini isə “VAZ-21011” markalı avtomobildə Qırmızı Samux kəndinin meşə zolağına apararaq orada basdırması müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq və əməliyyat-axtarış tədbirləri ilə A.Səmədov tutulub.
L.Səmədovanın meyiti ekshumasiya edilib.
Araşdırma aparılır.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
405 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
399 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
390 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
387 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
360 dəfə oxunub