Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı ilkin məlumat yayıb.
Mynews.az xəbər verir ki,*Qəza ilə bağlı məlumat verən İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, “Ford-Tranzit” markalı avtobus yolun kənarında dayanan yük avtomobilinə çırpılıb.
Onun sözlərinə görə, “Ford-Tranzit” markalı avtobus müntəzəm sərnişin daşımada xidmət edən nəqliyyat vasitəsi deyil: “Avtobus sifarişlə tələbələri müntəzəm şəkildə 20 Yanvar metrosundan Sumqayıta aparırmış. Bu səbəbdən də ölənlər və yaralıların hamısı tələbələr olub”.
K. Əliyev əlavə edib ki, hadisə ilə bağlı yekun məlumat araşdırmalar bitdikdən sonra açıqlanacaq.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub