Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev rayonda yeni tikilməkdə olan Olimpiya İdman Kompleksinin gözətçisi Rahil Əliyevi döyüb.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib.
Rahil Əliyev başına gələnlər barədə sosial şəbəkələrdə yayılmış videoyazıda məlumat verib.
O bildirir ki, icra başçısı onu tikinti sahəsində üç dəmir konstruksiyanın oğurlamaqda ittiham edib və sərxoş olarkən onu döyərək təhqir edib:
“Ancaq o məni eşitmək istəmədi, başladı qışqırmağa. Özümü, valideyinlərimi pis söyüşlərlə söydü. Dedim xahiş edirəm söymə, mənim şəhidim var. Buna da məhəl qoymadı, bu dəfə şəhidimin ruhunu ağır söyüşlərlə təhqir etdi”-, deyə Rahil Əliyev videoda bildirib.
Daha sonra dəmir konstruksiyaların Rahil Əliyevin oğurlamadığı ortaya çıxıb.
Zərərçəkənin dediyinə görə, qardaşı ilə birlikdə daha sonra polisə aparılıb, orada icra başçısı bu dəfə mobil telefonunu Əliyevin qardaşının başına çırpmaq istəyib:
“Məni döysəydi, söysəydi, bunu bağışlayardım. Amma şəhidimə, Elçin Gəray oğlunu söydüyünə görə onu bağışlamayacam”.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub