Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 93 cinayət faktı qeydə alınıb. Onların 22-si “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 34 cinayətin açılması təmin olunub.
Axtarışda olduqlarına görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 17 şəxs saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 8 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub