Ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə işgəncələr verilməsi ilə bağlı məsələ daim diqqət mərkəzindədir.
Mynews.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Dilqəm Əsgərovun vəkili Anar Bağırovbildirib.
Vəkil qeyd edib ki, bu barədə mütəmadi məlumatlar toplanaraq Avropa İnsan Haqları Məhkəməsinə göndərilir: "Ümid edirik ki, Avropa İnsan Haqları Məhkəməsi tez bir zamanda bu məsələ ilə bağlı ədalətli qərar qəbul edəcək. Bu hər bir Azərbaycan vətəndaşını narahat edən problemdir. Hesab edirəm ki, Avropa İnsan Haqları Məhkəməsi öz prinsiplərinə sadiq qalaraq bu məsələnin baxılmasını tezləşdirməlidir".
Beynəlxalq Qızəl Xaç Komitəsinin Şahbaz Quliyev və Dilqəm Əsgərovla sonuncu görüşü zamanı onların ailələrinə təqdim etdikləri videogörüntülərlə bağlı da sənədlərin hazırlandığını deyən Anar Bağırov bildirib ki, yaxın vaxtlarda həmin sənədlərin də toplanması başa çatacaq və bu sənədlər də Avropa İnsan Haqları Məhkəməsinə göndəriləcək".
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
405 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
399 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
390 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
387 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
360 dəfə oxunub