Sankt-Peterburqun hüquq mühafizə orqanları əməkdaşları “qəsdən adamöldürmə” maddəsi üzrə şübhəli bilinən 46 yaşlı şəxsi axtarır.
Oxu.Az “Fontanka”ya istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı olan həmin şəxs, öz həmvətənlisi Füzuli Qarayevi qətlə yetirib.
Məlumata görə, onlar “Apraksin dvor” bazarında ticarət obyektlərinin himayədarlığı ilə bağlı bir-biri ilə rəqabətdə olub.
Aprelin 30-da Lomonosov küçəsində evin qarşısında törədilən qətl müşahidə kamerasının obyektivinə düşüb. Kadrlarda şübhəlinin F.Qarayevi güllələdiyini görmək olur.
Nəşrin məlumatına görə, hər iki “qanuni oğru” Lotu Quli adı ilə tanınan avtoritetin silahdaşları olub.
Qanlı insidentin baş vermə halları və səbəbi araşdırılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub