Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən məşhur sərinləşdirici energetik içkilərdən birinin Azərbaycan üzrə rəhbəri, Məmməd və Fikrət adlı iki nəfərin istehsal etdikləri içkinin içərisindən guya ölü siçan çıxması barədə video çəkəcəkləri və həmin görüntüləri sosial şəbəkələrdə yayacaqları ilə onu hədələdiyi barədə məlumat verib.
DİN-dən Mynews.az-a verilən məlumata görə, həmin şəxslər bu böhtan xarakterli, həqiqətə uyğun olmayan videonun yayılmaması üçün şirkət rəhbərindən 50 min ABŞ dollar pul tələb ediblər.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxslər, Bakı şəhər sakinləri – Məmməd Abbasov və Fikrət Abdullayev şirkət rəhbərindən tələb etdikləri pulun 10 min ABŞ dollarını alan zaman saxlanılıblar.
M.Abbasovun üzərində şəxsi axtarış aparılan zaman ondan hədə-qorxu gələrək aldıqları pul vəsaitləri aşkar olunaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər ifadələrində törətdiklərini etiraf ediblər.
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də, əməliyyat tədbirləri davam etdirilir.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
405 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
399 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
390 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
387 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
360 dəfə oxunub