Abşeronda evdən 20 min manatlıq qızıl oğurlanıb.
DİN-dən BiG.AZ-a verilən məlumata görə, mayın 1-də nazirliyin "102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Abşeron rayon sakini olan qadın mənzilindən qızıl əşyalarının oğurlandığını bildirib.
Dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Xırdalan şəhərindəki həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, aprel ayının 15-də həmin mənzildən 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun həmin evdə xadimə işləyən Xırdalan şəhər sakini Zivər Rəhimova tərəfindən oğurlandığına əsaslı şübhələr yarandığından o, saxlanıb.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub