Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda SDU-nin tələbələrini aparan “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu qəzaya uğrayıb. Nəticədə 5 tələbə dünyasını dəyişib, 20-dən çoxu isə yaralanıb.
Baş verən hadisəyə aydınlıq gətirən yol eksperti Ərşad Hüseynov bildirib ki, qəza törədən mikroavtobusun konstruksiyasına ciddi müdaxilə olunub:
“Bu gün qanunsuz şəkildə fəliyyət göstərən kifayət qədər mikroavtobuslar var. Onlar müəyyən istiqamətlərə sərnişin axını var deyə, özbaşına sərnişin daşıyır, pul qazanır. Təhlükəsizlik, texniki və digər məsələlərə riayət etmirlər. Bunun qarşısını almaq lazımdır. Qarşısını almaq üçün Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti var. Bu xidmət hazırda da fəaliyyət göstərir. Zəruri olan istiqamətlər üzrə araşdırmalar aparılmalıdır. Ehtiyac varsa, avtobus təşkil olunmaldır. Çoxlu işlər görmək lazımdır”.
16 nəfərlik mikraavtobusda 25-dən çox sərnişinin yerləşdirilməsi məsələsinə aydınlıq gətirən ekspert qeyd edib ki, mikroavtobuslarda ayaq üstündə sərnişinlər aparıla bilməz:
"Mikroavtobusda heç bir halda 28, yaxud da 23 nəfər yerləşdirilə bilməz. Heç 16 nəfər oturacaq yeri də ola bilməz. Görünür ki, qəza törədən mikroavtobusun konstruksiyasına ciddi şəkildə müdaxilə olunub. Bu, mikroavtobusun yararsız olmasından xəbər verir. Məsələni araşdırmaq lazımdır”.





1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub