Bakı-Şamaxı yolunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan “KamAZ” markalı maşının sürücüsü həbs olunub.
Mynews.az Avtosfer.az-a istinadən xəbər verir ki, Bakı-Şamaxı yolunda əks istiqamətdə axına qarşı hərəkət edən 19-BD-716 qeydiyyat nişanlı, “KamAZ” markalı nəqliyyat vasitəsinin sürücüsü həbs edilib.
Bu, Qobustan rayonu, Nardaran kənd sakini Baxışov Mahir Haqverdi oğludur. Sürücünün hərəkətində avtoxuliqanlıq əlamətləri olduğuna görə iş məhkəməyə göndərilib. Mayın 4-də Qobustan rayon Məhkəməsi tərəfindən həmin sürücü barədə qərar qəbul olunub.
Qərara əsasən, sürücü Mahir Baxışov barəsində 15 gün müddətində inzibati həbs tətbiq olunub və onun sürücülük hüququ bir il müddətində məhdudlaşdırılıb.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
405 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
399 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
390 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
387 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
360 dəfə oxunub