Lənkəranda itkin düşən şəxsin öldürülərək zirzəmidə basdırıldığı məlum olub.
DİN-in mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, bu il martın 19-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə Lerik rayon sakini Mirisa Babayevin üç gün əvvəl – martın 16-da yaşadığı Sütəmurdov kəndi ərazisində itkin düşməsi barədə müraciət daxil olub.
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Babayevin həmin gün Aşağı Nüvədi qəsəbəsində yaşayan Tələt Dadaşovun evində olarkən aralarında baş vermiş münaqişə zəminində sonuncu tərəfindən küt alətlə qətlə yetirilməsi, cəsədinin isə zirzəmidə basdırılması müəyyən edilib.
M.Babayevin meyiti ekshumasiya edilib.
Görülmüş tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən T.Dadaşov tutulub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub