USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Sükan arxasında yuxulayan sürücü Bakı-Sumqayıt yolunu dağıtdı

11:36 24.01.2017
Sükan arxasında yuxulayan sürücü Bakı-Sumqayıt yolunu dağıtdı
11:36 24.01.2017
Bakı-Sumqayıt yolunda qəribə yol qəzası baş verib. Yük maşını Abşeron Gənclər Şəhərciyinin qarşısında yoldakı dəmir arakəsməyə çırpılıb.
 
Mynews.az criminal.az-a istinadən xəbər verir ki, maşın bundan sonra da təxminən 100 metrədək dəmir arakəsməni dağıdaraq yoluna davam edib. Xeyli getdikdən sonra sürücü maşını saxlaya bilib. Qəza zamanı xəsarət alan olmayıb. Yoldakı arakəsmənin böyük bir hissəsi sıradan çıxıb. Qəzanın dəqiq səbəbi bilinməsə də, hadisənin sürücünün sükan arxasında yuxulaması səbəbindən baş verdiyi ehtimal olunur.

Xəbər lenti