Bu gün Səbail rayonu ərazisindəki M.F.Axundov adına parkda bir nəfərin köməksiz vəziyyətdə olması barədə vətəndaşlar polisə məlumat veriblər.
Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, həmin şəxs polis əməkdaşları tərəfindən 9-cu Polis Bölməsinə gətirilib.
Bildirilib ki, danışığı qüsurlu olduğu və heç nəyi xatırlamadığı üçün o, özü və yaxınları haqqında məlumat verə bilməyib.
Polis Bölməsində ona ilkin tibbi yardım göstərlib və F.Əfəndiyev adına 2 saylı Kliniki Xəstəxanaya yerləşdirilib.
Şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, 437-02-02 (Səbail RPİ) və 492-02-02 (9-cu PB) nömrələrinə zəng vurmaları xahiş olunur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub