Bakı-Şamaxı yolunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan “KamAZ” markalı maşının sürücüsü həbs olunub.
Mynews.az avtosfer.az-a istinadən xəbər verir ki, Bakı-Şamaxı yolunda əks istiqamətdə axına qarşı hərəkət edən 19-BD-716 qeydiyyat nişanlı, “KamAZ” markalı nəqliyyat vasitəsinin sürücüsü həbs edilib.
Bu, Qobustan rayonu, Nardaran kənd sakini Baxışov Mahir Haqverdi oğludur. Sürücünün hərəkətində avtoxuliqanlıq əlamətləri olduğuna görə iş məhkəməyə göndərilib. Mayın 4-də Qobustan rayon Məhkəməsi tərəfindən həmin sürücü barədə qərar qəbul olunub.
Qərara əsasən, sürücü Mahir Baxışov barəsində 15 gün müddətində inzibati həbs tətbiq olunub və onun sürücülük hüququ bir il müddətində məhdudlaşdırılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub