Masallıda evdə baş verən yanğın zamanı xəsarət alan daha bir nəfər ölüb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, yanıq xəsarətləri alan şəxs Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda vəfat edib.
Bununla da yanğın zamanı ölənlərin sayı 3-ə çatıb.
09:48
Masallıda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.
Mynews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Təzə Alvadı kəndində ümumi sahəsi 180 m2 (hər mərtəbəsi 90 m2) olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli, yeddi otaqlı evin dam örtüyü, birinci və ikinci mərtəbəsinin yanar konstruksiyaları 120 m2 sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu, 1973-cü il təvəllüdlü Əzimov Namiq Kamran oğlu və onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əzimova Zeynəb Soltanabad qızının yanmış meyitləri aşkar olunub. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb və üç nəfər xilas edilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub