Paytaxtın Xətai rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Mynews.az arbtv-yə istinadən xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb. “Mercedes” markalı avtomobil piyada keçidinin olmadığı ərazidə yolu keçən Tovuz rayon sakini 23 yaşlı Elsevər Mahmudzadəni vurub. Zərbənin gücündən piyada yan tərəfdə hərəkət edən “Mercedes”in ön şüşəsinə çırpılıb və nəticədə dünyasını dəyişib. Hadisə yerinə Xətai Rayon Polis İdarəsi və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunublar. Elşən Xanəndəyev (hadisə şahidi): “Biz arxadaydıq. Elə mən baxdım ki, nəsə dəydi. Ancaq hiss etmədim bunu vurduğunu. Baxdım ki, maşın saxladı. Elə bildim maşın maşına dəyib. Bir də gördüm ki yox, burdadı”. Araşdırma zamanı məlum olub ki, tikintidə fəhləliklə məşğul olan Elsevər Mahmudzadə, paytaxtda qohumları ilə birlikdə kirayədə yaşayırmış. O, axşam işdən çıxıb evə gedərkən qəzaya düşüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub