Bakının bir sıra rayonlarında günlərdir müşahidə olunan, insanların nəfəs almasını çətinləşdirən kəskin iyin mənşəyi aşkarlanıb. Məlum olub ki, onsuz da kifayət qədər çirkli olan paytaxt havasını zəhərli qazlarla çirkləndirənlər SOCAR-ın üç müəssisəsidir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir.
Xatırladaq ki, Bakı sakinləri günlərdir sosial şəbəkələrdə havadan gələn kəskin iydən şikayətlənir. Metronun "Neftçilər" stansiyasının yaxınlığında, "8-ci kilometr"də, "NZS" qəsəbəsində, Bakıxanov qəsəbəsində və digər yaxın ərazilərdə yaşayanlar hansısa zəhərli qazların havaya yayılması nəticəsində nəfəs almağın çətinləşdiyi barədə yazırdılar.
Məlumatda bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri 4-8 may 2018-ci il tarixində Bakının Xətai, Nizami, Səbayıl rayonlarında yaranan kəskin iy-qoxu ilə bağlı monitorinq keçirib, atmosfer havasından nümunələr götürüb və analizlər aparıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, analizlərin nəticələrinə görə atmosfer havasında müşahidə olunan kəskin iy-qoxunu yaradan səbəblər müəyyən edilib.
Havada karbohidrogen mənşəli qaz qarışıqları və hidrogen-sulfidin miqdarı müəyyən günlərdə normadan dəfələrlə artıq olub. Aparılan təhlillər zamanı kəskin iy-qoxu daha çox Neft Emalı zavodunun ərazisində, “Ekol Mühəndislik Xidməti” QSC-nin neftli suların təmizlənməsi və Nef Emalı zavodunun bioloji təmizləyici qurğularının ətrafında müşahidə olunub. Havadan gələn kəskin iy-qoxunun əsas mənbəyi sözügedən zavod və “Ekol Mühəndislik Xidməti” QSC-nin neftli suların təmizlənməsi qurğusunun olduğu müəyyən edilib.
Texnoloji prosesin pozulması və çirkab sularının təmizlənməsi normalarına riayət olunmadığına görə sözügedən müəssisələrə rəsmi xəbərdarlıq olunub. Hazırda qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülür və cərimə olunmaları üçün sənədləşmə işləri aparılır.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub