Sumqayıt şəhərində 15 yaşlı qız zorlanıb.
Mynews.az xəbər verir ki, baş vermiş hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov olke.az-a açıqlamasında qızın ailəsinin problemlərindən danışdı:"Zorlandığı iddia olunan qızla bağlı məhkəmə tibbi-ekspertizası təyin edilib. Ailə münaqişəli ailədir. Ata ilə ana boşanıb. Qız həm atası ilə, həm də anası ilə qalır, valideyinləri ayrı yaşayırlar. Valideyinlər aralarındakı münaqişənin qisasını övladlarından alırlar, iddia olunan zorlanma faktını da bir-birinin üstünə atırlar. Cinayət işi başlanmayıb, araşdırma aparılır. Ekspertizanın rəyindən sonra qızın zorlanması dəqiq məlum olacaq. Saxlanılan şəxs yoxdur”.
****
Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada baş verib.
Belə ki, şəhər sakini 2003-cü il təvəllüdlü S.M-nin (ad şərtidir) qarın nahiyəsində kəskin ağrılar başlayıb. Bunu görən 15 yaşlı qızın atası Sumqayıt Şəhər Təcili Tibbi Yardım Stansiyasına müraciət edib. İlkin müayinələrdən sonra yeniyetmə qız yoxlanış üçün Sumqayıt Şəhər 1 saylı Doğum Evinə göndərilib.
Daha sonra qızın atası hüquq muhafizə orqanlarına məlumat verib.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsində araşdırmalara başlanılıb.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub