Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini A.Süleymanovun evindən qızıl-zinət əşyaları və sənəd oğurlamaqda şübhəli bilinən qrup üzvləri saxlanılıblar.
DİN-dən Mynews.az-a verilən məlumata görə, araşdırmalara əsasən onların şəhər sakinləri Məhərrəm Aslanov və Vəfadar Pənəliyev olduqları müəyyən edilib.
Ətraflarında aparılan tədbirlərlə onların digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, onların aprelin 30-da digər həmyerliləri Rəşad Cabbarovla birgə şəhər ərazisindəki başqa bir evdə seyfdən 32 min ABŞ dolları pul və 18645 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.
Görülmüş tədbirlərlə qrupun digər üzvü - R.Cabbarov da saxlanılıb.
Polis əməkdaşları tərəfindən 10 min ABŞ dolları və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi onlardan götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub