Şəki rayonunun Baş Zəyzid kənd sakini Aygün Mustafayeva gecə saatlarında evdən qaçıb.
Mynews.az Oxu.Az-a istinadən məlumat verir ki, kənd sakini 29 yaşlı Pərviz Abdullayev alti il əvvəl 23 yaşlı Aygün Mustafayeva ilə ailə həyatı qurub.
Onlar bu müddət ərzində Baş Zəyzid kəndində yaşayıblar. Aprelin 26-da qadın həyat yoldaşı ilə birlikdə ərinin əmisinin evinə qonaq gedib.
Gecə orada qalmalı olublar. Gecə saatlarında Aygün Mustafayeva əşyalarını götürüb, ailə üzvləri şübhələnməsin deyə, paltarın üstündən yataq paltarlarını geyinərək həyətə çıxıb.
Ev sahibi Ələddin Abdullayev deyir ki, həyətdən səs gəlib, qadının əri Pərvizi oyadıb. Məlum olub ki, Aygün Mustafayeva üstdən geyindiyi paltarları çıxarıb, həyətin aşağı hissəsinə atıb və çəpərdən keçərək naməlum istiqamətdə gedib.
Qadının qayınatası İsa Abdullayev bildirib ki, onların rəsmi nikahı olmayıb. Onun hansı istiqamətə getdiyi məlum deyil. O bildirib ki, Aygünün valideynləri boşanıb.
Hadisə ilə bağlı Şəki rayon polis şöbəsinə müraciət olunub. Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub