Gəncə və Şəkidə yeni Şəhər Psixiatriya xəstəxanaları tikiləcək.
Mynews.az bildirir ki, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılovun Trend-ə verdiyi məlumata görə, bununla bağlı artıq tender elan edilib. Tenderə əsasən, Gəncə şəhər Psixiatriya Xəstəxanası və Şəki şəhər Psixiatriya Xəstəxanası yenidən tikiləcək.
Tender iştirakçıları öz tender təkliflərini iyunun 7-dək tender komissiyasına təqdim etməlidirlər. Tenderin açılışı iyunun 8-də olacaq.
R.İsmayılov bildirib ki, hazırda Azərbaycanda 10 Psixiatriya Xəstəxanası var. Onların 2-si Bakıda, qalanları isə Sumqayıt, Gəncə, Şəki, Lənkəran, Quba, Naxçıvan, Qazax, Salyanda fəaliyyət göstərir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub