Şabran rayonunda sərnişin digər sərnişini talayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, Şabran rayon sakini Zülfiyyə Qəmbərova Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək bildirib ki, ötən gecə Çarxı kəndi ərazisində sərnişini olduğu avtomobildə digər sərnişin ona məxsus 1517 manat pulu açıq talama yolu ilə götürüb və bir qədər getdikdən sonra onu avtomobildən düşürməsini istəyib.
Məlumatla əlaqədar Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Rəhim-oba kənd sakini Cavid Seyidov olduğu müəyyən edilib. O saxlanılaraq RPŞ-yə gətirilib və bu əməli törətdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub